RƏNA FUAD QIZI İBRAHİMBƏYOVA QIZIL ÜRƏK ORDENİ ilə mükafatlandırılmışdır.

Mədəniyyət
RƏNA FUAD QIZI İBRAHİMBƏYOVA psixologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət universitetinin Professoru, QIZIL ÜRƏK ORDENİ ilə mükafatlandırılmışdır.
Dədə Qorqud Milli Fondunun prezidentinin və Azərbaycan Dünyası beynəlxalq jurnalının baş redaktoru və təsisçisi Eldar İsmayılovun 15.09.2024-cü il tarixli qərarı ilə, Professor Rəna Fuad qızı İbrahimbəyova Azərbaycanda psixologiya elminin çox şaxəli və dərindən inkişafındakı aktiv fəaliyyətlərinə, yetişməkdə olan gənc istedadlı nəslin erkən araşdırılıb üzə çıxarılmasındakı səmərəli elmi fəaliyyəttlərini, uzun illərdən bəri ali məktəblərdəki aparıcı elmi pedagoji fəaliyyətində tələbələrin , eləcədə məktəbli gənclərin psixoloji təlim və tərbiyəsinin müasir tələblər çərçivəsində hərtərəfli inkişafında və daha da formalaşdırılmasında göstərdiyi yüksək elmi pedaqoji xidmətlərinə görə və anadan olmasının 80 illik yubileyi münasibətilə Dədə Qorqud Milli Fondunun və Azərbaycan Dünyası beynəlxalq jurnalının təsis etdiyi “QIZIL ÜRƏK” Ordeni ilə
mükafatlandırmışdır.
Türk Dünyasının bu yüksək mükafatı Dədə Qorqud Milli Fondu prezidenti və Azərbaycan Dünyası beynəlxalq jurnalının baş redaktoru və təsisçisi hörmətli Eldar İsmayılov tərəfindən hörmətli Professor Rəna Fuad qızı İbrahimbəyovaya
16.01.2025-ci il tarixində Bakı Avropa Liseyində təntənəli surətdə təqdim edilmişdir.

MUASIRMEDIA.AZ   GÜLƏR AMİN
Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir