Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvadan BAŞ SAĞLIĞI

Siyasət

Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin dekabrın 25-də faciəvi şəkildə qəzaya uğraması və 38 nəfərin ölümü, 29 nəfərin yaralanması ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.

Zati-alinizə, həlak olanların ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Fürsətdən istifadə edərək Zati-alinizə ən yüksək hörmət və ehtiramımı bildirirəm.

 

Luiz İnasio Lula da Silva

Braziliya Federativ Respublikasının Prezidenti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir