Bakı metrosunda sərnişin həpis edildi

ölkə

Bakı metrosunda ictimai asayişi pozan daha bir şəxs həbs edilib Metropolitenin “İnşaatçılar” stansiyasında vaqonda olarkən qışqıraraq insanları narahat edən şəxs saxlanılıb.

Vaqondan düşürülən şəxs ərazi üzrə polis şöbəsinə aparılıb. Onun Tərtərin Kəbirli kənd sakini, Bakı şəhər Xəzər rayonunda yaşayan 1985-ci il təvəllüdlü  olması müəyyən edilib.

Barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilən şəxs Yasamal rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə sərnişinə 30 sutka inzibati həbs cəzası verilib.

Qeyd edək ki, bir neçə gün əvvəl metroda gənc qadına qarşı əxlaqsız hərəkətlər edən şəxs də həbs edilmişdi.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir