Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, “Qızıl Ürək” ordeni ilə təltif edilmişdir-FOTOLAR

Təhsil
Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, “Tarix, insan və cəmiyyət” adlı elmi-nəzəri və elmi-metodik jurnalın baş redaktoru, professor Cəfər Məmməd oğlu Cəfərov Dədə Qorqud Milli Fondunun və Azerbaycan Dünyası beynəlxalq jurnalının İdarə Heyətinin 15 Yanvar 2025-ci il tarixli qərarı ilə “Qızıl Ürək” ordeni ilə təltif edilmişdir.
Orden 17 Yanvar 2025-ci tarix Azərbaycan Dövlət Pedaqoji Universitetində Dədə Qorqud Milli Fondunun rəhbəri və Azərbaycan Dünyası beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov tərəfindən təqdim edilmişdir. Təqdimat zamanı aanəPedaqoji Universitetin rektoru, prof. Cəfər Cəfərov, sosial və humanitar məsələlər üzrə prorektor prof. Fikrət Rzayev, strateji inkişaf məsələləri üzrə prorektor Könül Pirverdiyeva, ümumi işlər üzrə prorektor Tural Cəlilov, “Dədə Qorqud” Milli Fondunun prezidenti, “Azərbaycan dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov, Fondun və “Azərbaycan dünyası” jurnalının Türkiyə təmsilçisi, Əməkdar incəsənət xadimi, tanınmış rəssam professor Rafiq Əziz, “Azərbaycan Dünyası” beynəlxalq jurnalının İdarə Heyətinin üzvü, peşəkar rəssam memar və iş adamı Şahvələd Məmmədov və Azərbaycan Dünyası beynəlxalq jurnalının məsul katibi Nərgiz Əsədova iştirak ediblər.

MUASİRMEDİA.AZ GÜLƏR AMİN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir