S E V G İ AHI. Povest.

Ədəbiyyat
S E V G İ AHI.
Povest.
6. bölüm.
Rasimin sevdiyi Sarışqa onu hərbi xidmətə öpüşərək yola saldıqdan yeddi ay sonra başqa bir oğlanla toy edib, ər evinə köçdü.
Bu xəbərdən ən çox Rasimin atası Lətif dilxor olmuşdu.Əşi indiki qızlara etibar yoxdur.Deyirəm bəs sən mənim oğlumu sevmirdim niyyə ona söz verirdin?
Tahirə bax bu qızın ərə getdiyini heç kim Rasimə yazmasın!- deyə,evdə hammını xəbərdar etmişdi.
Bacın qızına tapşır, Ayşəni nəzərdə tuturdu.
Yaxşı ay Lətif, Ayşən çox ağıllı qızdır, yazarmı heç?
Mən hamınıza son sözümü deyirəm.
Rasim eşidər özünə bir xəsarət yetirər.
Allah eləməsin, Tahirə xanım dilləndi.
***
Ayşən hər gün işinə gedir, işdən sonra da xalasıgilə vaxtlı-vaxtında dönərdi.
Bu o, deməkdir ki, heç kimlə görüşmür yalnız işi ilə məşquldur.
Xalasının qonşuluğundan da ona elçi düşənlər olsa da razı olmamışdı.
Mən öz rayonumuza qayıdacağam, burda iki illik təyinatımla işləmək zorundayam.Ondan sonra siz sağ, mən salamat.Bu söz xalasının ərinin xoşuna gəlməmişdi.
Rasim əsgərlikdən dönməmiş, bu qızla danış xalasan, səni anlar!
Qayıtsın rayonlarına!
A kişi necə deyim?
Sən demirsən, mən deyərəm!
Yaxşı mən özüm bir dillə eşitdirərəm.
Bir neçə gün sonra xalası Ayşənə demişdi, atan dünyadan köçəndən sonra yəqin anan da əziyyət çəkir?
Bəlkə sənə ehtiyacı var?
Ayşən ay xala mən maaşımı anama göndərmirəmmi?
Orası elədir, bəlkə evin böyük qızı kimi mənəvi dəstəyinə ehtiyacı var, xala qurban?
Mən sənə burdan get demək üçün demirəm ki?
Başa düşürəm xala demirsən!
Ürəyində, sənə dedirdən var, dedi.
Səhəri gün Ayşən Ali Təhsil Nazirliyinə ailə vəziyyətini nəzərə alaraq,öz rayonunda bir işlə təmin olması üçün ərizə ilə müraciət etdi.
Ərizəsi müsbət cavablandı.
Rayona qayıtmadan iş yoldaşları ilə görüşüb halallaşdı.
Yola çıxmışdı ki, Mehdi ilə qarşılaşdı.
Nə tez çıxmısan işdən?
Mehdi xəbər aldı.
Mən rayonumuza dönürəm.
Nə?
Rayonumuzda başqa iş yeri də danışılıb,Nazirliyə ərizəmlə müraciət etmişdim.
Göndəriş almışam.
Amma mənə heç nə deməmisən?
Nə deməliydim?
Heç nə!
Axı mən kiməm, eləmi?
Elə deyil,Ayşən əsəbi halda!
Sonra öz səsinin tonundan utanırmış kimi, üzür istəyirəm.
Üzür filan istəmə!
Nə edim, Mehdi?
Sən kirayə tutum deyirsən!
Anam evimizə dön, rayonda işlə deyir.
Sən də ananı seçirsən?
Axı,anan sadə, savadsız qadındır!- sənə nə olub?
Sənin gələcəyin?
Sənin Nazirlikdə, gözəl işin,
dostların vardı?
Mən varam!
Yoxsa məni heç görmədin?
***
Aşən bir söz demədən avtobusa mindi.
Amma göz yaşları ürəyinə süzülürdü, gələcək iztirablı həyatını özü seçirdi, özü də bilmədən.
Axşam çamadanını hazırlayırdı, xalası otağına girdi.
Nə edirsən?
Heç, paltarlarımı toplayıram.
Xalan sənə qurban məndən incimə!
İncimirəm xala.
Haqqınızı halal edin!
Bəlkə özüm də bilmədən Sənin və dayımın qəlbiniz qırmışam?
Səfeh-səfeh danışma!
Qəlbimizi niyyə qırasan?
Haqqımız da ananın ağ südü kimi halalı olsun!
Hər şeyə görə təşəkkür edirəm.
Gecə sanki, uzanıb bir il olmuşdu Ayşən səhərin açılmasını gözləyir və düşünürdü:-görəsən mən düzmü seçim edirəm, Allahım?
Mehdini də çox üzdüm.
Ayrılanda bir sağ olu, ona çox gördüm.
***
Səhər saat 8.00 rayona yola düşən ilk avtobusla kəndimizə qayıtdım.
Anamın sevincdən uçmağa qanadı yoxdu.
Amma mən anam kimi sevinə bilmirdim.
Mən Bakıda bir könül qırıb gəlmişdim.
Bu nakam, pak sevginin ahını üzərimə götürüb gəlmişdim və nə vaxtsa məni tutacağına əmindim
ardı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir