DAHA BƏSDİR, AĞLADIĞIN QƏRƏNFİLİM

Mədəniyyət
DAHA BƏSDİR, AĞLADIĞIN...
Qəranfilm, yasa qismət olmusan,
Ləçəyində göz yaşları, solmusan,
Bu dünyadan o, dünyaya yolmusan?
Daha bəsdir ağladığın qərənfil.
Şəhidlərə toy xalısı toxudun,
Ürəklərdə dərdi, qəmi oxudun,
Xalqım üçün təmkin olub qoxudun,
Daha bəsdir ağladığın, qərənfil.
Qeyrətini dünya gördü o, günlər,
Hönkürtlər, ağlaşmalar,o ünlər,
Kədərimi sizlə böldüm, a güllər,
Daha bəsdir ağladığın,qərənfil.
Sarsıltmadı sizi güllə səsləri,
Xalq tanıdı bizi qıran kəsləri,
Bu bir tarix, bu da həyat dərsləri,
Daha bəsdir ağladığın, qərənfil.
Ana oğul, bacı-qardaş ağlayır,
Göz yaşları ürəkləri dağlayır,
Nə vaxtdır ki, göz yaşımız çağlayır,
Daha bəsdir ağladığın, qəranfil.
Xeyirlə-şər qardaş olub əzəldən,
Üz döndərmə, toyu olan gözəldən,
Dərdə düşsün, xalqıma dərd közəldən,

Daha bəsdir ağladığın, qərənfil !

MUASİRMEDİA.AZ
ABİL İSLAM

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir