Bəli rəhmətlik Elmira xanım bunu oxudu…Oxumayada bilərdi, bir çox deputatalr kimi gizlənə, “xəstələnə” bilərdi…Amma oxudu və trixdə qaldı!!
Dağlıq Qarabağ hadisələrinin regionda ciddi ziddiyyətlər doğurduğu bir zamanda – 1989-1990-cu illərdə Elmira Qafarova Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri işləyib.
Bu qurumun adı dəyişdiriləndən sonra isə Respublika Ali Sovetinin sədri vəzifəsində çalışıb.
Elmira Qafarova 18 dekabr 1991-ci il tarixindən 28 fevral 1992-ci ilədək müstəqil Azərbaycan Respublikası Ali Sovetinin sədri olub.
Azərbaycanın siyasi və ictimai vəziyyətinin ağır və gərgin dövründə – erməni silahlı qüvvələrinin torpaqlarımızı işğala başladığı bir vaxtda, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının heç bir xəbərdarlıq etmədən Bakı şəhərinə soxularaq dinc adamları qətlə yetirdiyi bir vaxtda E.Qafarova sovet rəhbərliyinin törətdiyi bu qanlı cinayətə etiraz bəyanatı ilə çıxış edib və onun haqqında həqiqəti tezliklə bütün ölkələrə yaymağa nail olub.
Həmin bəyanatda deyilirdi:
“SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən respublikamızın Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi ilə əlaqədar olaraq Azərbaycan xalqı, respublikanın bütün vətəndaşları adından qəti etirazımı bildirirəm. Tam məsuliyyət hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan SSR-nin ali dövlət, hakimiyyət və idarə orqanları SSRİ Ali Soveti Rəyasət Heyətinin belə bir qərarının qəbul olunmasına razılıq verməmişlər. Tökülən qan üçün bütün məsuliyyət bu qərarı qəbul etmiş və bilavasitə onun icrasını təmin etmiş SSRİ orqanları və onların vəzifəli şəxslərinin üzərinə düşür”.
Bu şəxsi bəyanatı ilə kifayətlənməyən E.Qafarova 160 deputatın müraciəti ilə 1990-cı il yanvarın 21-22-də Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasını çağırıb və ona başçılıq edib. Sessiya yanvarın 22-də E.Qafarovanın imzası ilə “SSRİ Ali Sovetinə, müttəfiq respublikaların Ali Sovetlərinə, SSRİ xalqlarına, dünyanın bütün ölkələrinin parlamentlərinə, Birləşmiş Millətlər Təşkilatına Azərbaycan SSR Ali Sovetinin Müraciəti”ni qəbul edib.
MUASİRMEDİA.AZ
Cavanşir Müəllim