Şərəf tariximizdən Qubadlıda baş verən gerçəkləri əks etdirən qısa xatirələrdi:
-Hə, o gecə də Aydın Bəylə bir yerdəydik. (AXC Qubadlı rayon şöbəsinin sədri Aydın Şükürov və İdarə heyətinin üzvü Maxsud Məmmədov)
Yeniyetməliyini bu məhşur stansiyada formalaşdırmış Aydın Bəy, dəmir yolunun idarə olunması və onunla necə davranmaq barədə xeyli məlumatlı idi. Həmin gecə Bakıda törədilmiş tarixi qanlı cinayətin miqyası barədə yetərli məlumat öyrənmək və özümüzlə bərabər ayaqda olan Mincivan igidlərinin Bakıya çatmasına nail ola bilməsək də, Aydın Bəyin hər şeyə hazır görsənən təşəbbüsləriylə orada baş verənlər barədə xeyli məlumat əldə edə bildik. Dəmir yolu və avtamobil vasitəsiylə Bakıya gedilməsinin qarşısının tam alındığını anlar – anlamaz, dərhal qərara gəldik ki, Bakıda baş vermiş vəhşiliklər barəsində tez və ətraflı məlumatı sərhədyanı rayonların əhalisinə çatdıraq.. Aydın Bəy, Mincivanlı gənclərdən ibarət iki ekipaj seçdi və onlardan birini Xanlıq kəndindən keçməklə Cəbrayıl rayonunun, digərini isə, həmin yoldan keçərək Laçın camatını əldə etdiyimiz məlumatlar barədə xəbərdar etmək üçün avtomobillərlə yola salındı! İkimizsə, Zəngilandan Qubadlı istiqamətinə uz tutaraq kəndbə kənd — səhər açılar açılmaz hər kənddə qısa mitinq xarakterli toplantı keçirərək camatı məlumatlandırdıq və məlum olduğu kimi də, 20 yanvar 1990-cı ildə səhər — səhər Qubadlının özündə də, İmperiya ordusunu və onun Rəhbərliyini həmin hadisələrə görə ittiham edən izdihamlı mitinq keçirildi və sonrakı hadisələr — Qubadlı camaatının kütləviliklə Sov.KP üzvülüyündən imtina edərək partiya biletlərini atmaları, tutqular, 40 günün tamamına Respublikada birinci olan –Xanlıq kəndində möhtəşəm abidənin ucaldılması və s. Allah cəmi şəhidlərimizə rəhmət eləsin və onların uğrunda şəhid olduqları arzularını və amallarını reallaşdırsın….İnşallah!….
*****
Maxsud Məmmədov bəy, tarixi xatirələrə görə təşəkkür edirəm.
22-yanvarda ümumrespublika Şəhidləri dəfn-matəm mitinqinə həmrəy olaraq, Qubadlıda da əhalimizin yekdil ıştirakı ilə keçirdiyimiz mitinqin də təşkilatçılarından və aparıcısı ikimiz olduq.Əsas təşkilatçı da,Sədri olduğum,AXC Qubadlı rayon şöbəsi idi.Yanvarın 22-si həmrəylik mitinqimizə rus ordusu müdaxilə etmək istədi. Lakin , bütövlükdə Qubadlı camaatının etirazı nəticəsində, Qubadlı rayon İcraiyyə Komitəsi Rus ışğalçı qoşunlarının Azərbaycandan və Qubadlıdan dərhal çıxarılması barədə qərar qəbul etdi.Bu qərarı da siz tam hündür səslə mitinqin tribunasından oxudunuz.Rayon “patiya təssərüfat fəallarının yiğincağı” adlanan , rayon yerli rəhbərliyinin iclasında iştirak edib, Kommunist partiyasında imtina etmək aksiyasına nail olduq.KP-nın biletləri atıldı. Rayon prokuroru İlham Abbasovun hönkürtü ilə ağlayaraq Mitinqin tribunasından kommunist partiyasinin biletinin cırıb atması yəqin ki, həm sizin, həm də Qubadlıların xatirindədir. Xalqın bu cür mütəşəkkilliyi rayonda yerləşmək istəyən Rus ordusunun komandiri və Rus DTK-sının əməkdaşları , məsələnin çox da asan olmadığını gördülər.
Nəticədə də, p-nk Zaqiyev bir hətədən sonra gələcəklərini xəbərdar edib,rayonu tərk etdilər. Ermənistana gediklərini desələr də, Şuşaya getmişdilər.Qubadlıdan qoşun çıxandan sonra, 22-si axşam sizinlə Bakıya yola düşdük ki, daha ətraflı məlumat alaq, 19-20 və 21 baş verənlərin video çəkilişlərin əldə edək.Ali Ali Guliyevin və Boyukaga Babayevin fədakarlığı ilə, video kasetləri, çapına və rayonlara buraxılmasına Bakını işğal etmiş rus ordusu tərəfindən qadağa qoyulmuş “Azadlıq” və “Səhər” qəzetinin məlumatlar dərc olunmuş nüsxələrindən də əldə edib, 24 yanvarda Qubalıda olduq və əhalimizi baş verənlərlə tam gerçək məlumatlandırdıq. Faciəni əks etdirən video kassetləri Zəngilan, Laçın, Cəbrayıl rayonlarında fəaliyyət göstərən video salonlara yayıb, gerçək həqiqətləri xalqa çatdırdıq. Fədakarlığını davam etdirən əhalimiz, şəhid ailələrinə və Bakıda Rus ordusuna etiraz olaraq iş yerlərində tətil etmiş neftçilərə, zavod , fabrik, müəsisələrin işçilərinə ərzaq yardımının tədarükünə başladıq. İlk maşın karvanı yola düşəndən sonra, Ruslar ikimizi-AXC Qubadlı rayon şöbəsinin İdarə Heyətinin üzlərini, işlərin təşkilatçısı olduğumuza görə və Xanlıq kəndindən olan Heydər müəllimi KP biletini atdığına görə həbs etdib, əvvəl Xankəndinə(Stepanakert,), ordan da, Tiflis, Rostov, Novoçerkasski həbsxanalarına daşıdılar…Martın 15 rayona qayıtdıq, məni “dinc” durmadığıma və komendant Beryozkini, raykomun binasında təhqir etdiyimə görə, yenidən həbs edib vertolyotla Xankəndinə,ordan da Tiflisə apardılar və rayona qayıtmağıma qadağa qoydular.
Şərəfli tariximiz və acılı-şirinli xatirələr…
Allah Şəhidlərimizə rəhmət eləsin !
Allah Millətimizi, Vətənimizi, Dövlətimizi qorusun !





MUASİRMEDİA.AZ AYDIN ŞÜKÜROV