Məşhur jurnalist ailə üzvləri ilə birlikdə oteldə yanaraq öldü – FOTOLAR

Dünya

Türkiyənin Bolu şəhərində otel yanğında məşhur jurnalist də ölüb.

 MUASİRMEDİA.AZ  Türkiyə mətbuatına istinadla xəbər verir ki, dəhşətli yanğında ölən 76 nəfərin arasında “Sözcü” qəzetinin yazarı Nedim Türkmen və ailə üzvləri də var.

Məlumata görə, təxminən 10 saatlıq yanğınsöndürmə əməliyyatından sonra “Sözcü” qəzetinin yazarı Nedim Türkmen, həyat yoldaşı və oğlunun oteldə yanaraq öldükləri bəlli olub.

Onun və ailəsinin oteldə olmasını isə Nedim Türkmenin qızı Ala Türkmenin paylaşımı ilə üzə çıxıb.

Qızı hadisə vaxtı belə paylaşım edib: “”Grand Kartal, otağı 9013 eniş zolağına və baxan yan tərəfə axan səmt… Ailəmdən xəbər yoxdur…”

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir