İmişlidə qəzada ölən məktəbli bir yaşında anasını itiribmiş – FOTO

Baş səhifə Cəmiyyət

İmişlidə baş verən yol qəzasında xəsarət alan məktəbli Bakıda xəstəxanada dünyasını dəyişib.

26 fevral 2015-ci il təvəllüdlü Əlizadə Məhbubə Coşqun qızı  doğulduğu Yalavac kəndində dəfn  olunub.

Məhbubə ailədə 5 uşaqdan sonuncusu idi.

Onun anası Əlizadə Vahidə Ənvər qızı Məhbubənin hələ bir yaşı tamam olmamış – 10.02.2016 tarixində xəstəlikdən vəfat edib.

Qeyd edək ki, yanvarın 18-də İmişli rayonu Yalavac kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində 2 nəfər ölüb, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət almışdı.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir