İmişlidəki qəzada yaralanan məktəblidən xəbər var – FOTO

Təhsil

İmişlidə baş verən qəzada yaralanan məktəbli Məhbubə Əlizadə Yeni Klinikada müalicə olunur. 

İmişli – Saatlı seçki dairəsindən millət vəkili seçilmiş Səyyad Salahlı məlumat yayıb. O, azyaşlını müalicə edildiyi xəstəxanada ziyarət edib.

S.Salahlı paylaşımında bildirib ki, məktəblinin atası Səbuhi Əlizadə ilə birlikdə getdiyi klinikada azyaşlının müalicə prosesi ilə də  maraqlanıb.

Xatırladaq ki, yanvarın 18-də xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində baş verən qəzada 2 məktəbli vəfat edib, 2-si isə ağır xəsarət alıb.

1

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir