İmişlidə baş verən qəzada xəsarət alan məktəbli Məhbubə Əlizadə vəfat edib

Hadisə
Bir neçə gün öncə İmişlidə baş verən qəzada xəsarət alan məktəbli Məhbubə Əlizadə vəfat edib.
Bu barədə TƏBİB-dən bildirilib.
Məlumata görə, Yeni Klinikaya hospitalizasiya olunan Məhbubə Əlizadənin həkimlərin çoxsaylı səyinə baxmayaraq, yanvarın 22-də saat 01:45 radələrində ölüm faktı qeydə alınıb.
Bildirilib ki, 2015-ci il təvəllüdlü azyaşlının sağ bazu və sağ mil sümüyündə, eləcə də sağ təpə sümüyündə sınıq, ağciyərində təktərəfli pnevmotoraks aşkarlanıb, döş qəfəsi balonu yerləşdirilib. Sağ təpə sümüyündəki təktərəfli sınıq və beyindəki ağır ödəm səbəbilə həkim-neyrocərrahlar tərəfindən dekompresyon kraniotomiya əməliyyatı icra edilmiş və pasiyent tibb müəssisəsinin Uşaq reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs cihazına qoşulub və yüksək inotrop dəstəyi alıb.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir