1986-cı ildə Antarktika buzlağından qopan və bir il öncə açıq okeana çıxan dünyanın ən böyük aysberqi “A23a” kütləsinin təxminən 9%-ni itirib.
TASS bu barədə Arktika və Antarktika Tədqiqat İnstitutunun (AARI) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, aysberq son vaxtlar ərimə səbəbindən ölçüsündə kiçilməyə başlayıb.
Hazırda “A23a” Cənubi Corciya adası yaxınlığında üzür.