31 İL ŞƏHİDLİK ÖMRÜ-NAİL HƏSƏNOV

Cəmiyyət
Bu gün Birinci Qarabağ müharibəsi şəhidi Nail Babulla oğlu Həsənovun ölümündən 31 il keçir.
Nail Həsənov 1975-ci ildə fevralın 20-i Astara rayonunun Kijəbə qəsəbəsində anadan olub. 27 aprel 1993-cü ildə hərbi xidmətə çağırılıb. Əvvəlcə 741 saylı hərbi hissənin tərkibində Göytəpədə hərbi təlim keçib. Bir aydan sonra Ağcabədinin Avşar kəndində ilk döyüşlərdə iştirak edib.
1994-cü ildə yanvarın 27-i Füzuli cəbhəsində sonuncu döyüşü olub.
Şəhidin oxuduğu Astara rayonunun Kijəbə qəsəbə tam orta məktəbinə onun adı verilib.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir