“Mərcan” klinikası Oqtay Əsədovundur?

Səhiyyə

Ölümlərə səbəb olan əməliyyatlara görə klinika da məsuliyyət daşıyırmı?

Xəbər verdiyimiz kimi, burun çəpərinə görə  “Mərcan Medicare” klinikasında  Sənan Mehdiyev tərəfindən əməliyyat olunan 31 yaşlı Nəzrin Mansurova vəfat edib.

Nəzrin Mansurovanın ölümü ilə bağlı cərrah Sənan Mehdiyev məhkəmə qərarı ilə həbs olunub.

Bu məsələdə klinika da məsuliyyət daşıyırmı? 

Məlumdur ki, əməliyyatı tək cərrah tərəfindən həyata keçirilmir. Əməliyyata qədər pasiyentdən xüsusi tibbi analizləridən keçirilməli və yoxlanılmalı, anestezioloq tərəfindən əməliyyata hazırlıq işləri görülür.  Həmçinin baş həkimin rəyi ilə əməliyyat həyata keçirilir. Əməliyyat prosesində  əsas iş icracısı isə cərrahdır.

“Mərcan Medicare” klinikasında isə ilk dəfə deyil ki, ölüm hadisəsi ilə gündəmə gəlirdi.

media-nermm

2024-ci ilin dekabrında bloqer Nərmin Bəylər qızı İsgəndərovanın ölüm xəbəri yayıldı. Nərmin İskəndərovada Mərcan klinikasında plastik əməliyyatdan sonra vəfat edib. Əməliyyatı Nurlan Həsənli  həyata keçirdiyi bildirildi. ” Mərcan klinikasında həkimə 5 min manat pul ödənilib. Əməliyyatdan sonra halı pisləşdi, həkimlə əlaqə saxlayıb. O isə boyun olmayıb və başqa klinikaya yollayıb. Orada isə günü 180 manat istəyiblər. Pulu olmadığı üçün evdə müalicə edib. Dərman almağa gedəndə yolda rəhmətə gedib qalıb”deyə Nərmin İskəndərovanın anası açıqlamasında bilidirb.

media-nurla

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir