Bu gün İsrail əsgərləri Livanın cənub sərhədindəki bir qəsəbədən geri çəkiliblər.
Bu barədə Livan ordusu məlumat yayıb.
Bildirilib ki, Livan ordusu İsrail əsgərlərinin geri çəkilməsindən sonra Deyr Mimas qəsəbəsinə yerləşiblər: “Bununla yanaşı, İsrail sərhədinə yaxın bəzi bölgələrə də artıq hərbçilərimiz yerləşməyə başlayıb”.
Açıqlamada qeyd edilib ki, Livandakı BMT Sülhməramlıları müşahidə ediblər.
Xatırladaq ki, Livan və İsrail arasında atəşkəs razılaşması 2024-cü il noyabrın 27-də qüvvəyə minib. Razılaşmaya əsasən, Livan ordusu 60 gün ərzində (yanvarın 26-dək) ölkənin cənubunda İsrailin işğal etdiyi ərazilərə mərhələli şəkildə yerləşdirilməli və İsrail ordusu isə həmin ərazilərdən geri çəkilməlidir .
MUASİRMEDİA.AZ