Cəlilabad rayonun Maşlıq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə kəndin daxili yolunda yük maşın və at arabasının iştirakı ilə törənib.
Beləki, “Qazel” markalı yük maşını bu ərazidən su götürüb qayıdan və qarşıda gedən Maşlıq kənd sakinləri 1997-ci iltəvəllüdlü Əliyev Xəyal Kazım oğlunun və 2007-ci iltəvəllüdlü İbadov Allahverən Ərəstun oğlunun olduğu at arabasını vurub. Nəticədə hər iki şəxs hərəkətdə olan arabadan yerə aşaraq müxtəlif zədələr alıblar. Yaralanan şəxslər Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə hər iki şəxsə ilkin yardım göstərilb. Hadisə nəticəsində arabaya qoşulmuş atın da iki ayağı sınıb. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

MUASİRMEDİA.AZ
Yaqub Mehdioğlu Cəlilabad