O sadə, səmimi, ədalətli, yüksək mədəniyyətli, hərtərəfli kamil bir insan, işinin peşəkarı, sahəsinin mütəxəssisi, ziyalı, xalqa yaxın məsuliyyətli bir millət vəkilidir. Təhsil sahəsində bütün təşəbbüslərə dəstək olan, istənilən, kiçik tədbirlərdə belə iştirak etməyə çalışan, təhsilin ayrı-ayrı sahələri üzrə obyektiv və prinsipial münasibətini, gənclərin inkişafına yönəlik faydalı tövsiyyələrini bildirməklə təhsilin və gənclərin dostu adını qazanan Ceyhun Məmmədov.
Parlamentimizə, dövlətimizə məhz belə şəxsiyyətlər nüfuz gətirir, məhz belə insanlar məmurlar, nazirlər arasında daha çox olmalı, mühüm məsələlər üzrə dövlət idarəçiliyinə cəlb olunmalı, görəv daşımalıdırlar. Vətəndaş məmnunlugu ilk növbədə yüksək etika və mədəniyyətə malik, səmimi, intellektual insanların simasında təmin edilir. Kaşki, dövlət idarəçiliyində belə insanların sayı çox ola.
“Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyinin kollektivi və rəhbərliyi adından gözəl insan, dəyərli millət vəkili Ceyhun Məmmədovu ad günü münasibətilə təbrik edir, ona can saglığı, mütərəqqi fəaliyyətində davamlı ugurlar arzulayırıq.
Gününüz mübarək, əziz, dəyərli Ceyhun müəllim.
Gününüz mübarək, əziz, dəyərli Ceyhun müəllim.
MUASİRMEDİA.AZ