Bu gün Prezident İlham Əliyevin yoğun iş günü oldu. O, bir daha ictimaiyyətə müraciət etdi. CƏNAB PREZİDENTİN ÇAĞIRIŞINA OPERATİV REAKSİYA VERMƏK LAZIMDIR!!!
Bizim QHT sektoru hələ yatır, ya da yuxarıdan gələn tapşırığa uyğun intriqalara başı qarışıb.
Cənab Prezident nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirdi. Orada mövzu üzrə məsələlər müzakirə oldundu və təqdimat edildi.
Cənab tapşırdı ki “ictimaiyyət nümayəndələri də müvafiq dövlət orqanlarına – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə öz tövsiyələrini verə bilərlər. Bəlkə biz nəyi isə bu proqrama salmamışıq. Yəni, yerlərdən də gələn təkliflər nəzərə alınacaqdır”.
Bu 1 nömrəli çağırışdır! Ona görə günü sabah toplanıb təklifləri öyrənmək və həmin qurumlara çatdırmaq lazımdır.
Vacib deyil ki, bəzəkli zallarda toplanaq. Sonra ona görə də pul silinicək))))
Yaxşısı QHT Forumu və ya Mətbuat Şurasında toplanıb müzakirə aparmaq olar. Ya da bir email müəyyənləşdirsinlər hamı təkliflərini ora göndərsin.
MUASİRMEDİA.AZ