Tale ədədi – 1:
“QABAQCIL”
Qabaqcıl, lider, yol göstərici və planlayıcısınız.
Həqiqətən güclü bir şəxsiyyətiniz var. Tale gəmisində yeriniz kapitan köşküdür. Başqalarına boyun əymək sizin üçün qəbuledilməzdir. Son dərəcə yaradıcı və qabiliyyətlisiniz. Düşüncələrinizi bir an əvvəl həyata keçirmək, reallaşdırmaq üçün lazımlı olan mübarizəçi ruhu sizdə mövcuddur. Yüksəlmə ehtirası isə həyatınızın təməlini meydana gətirir.
Arzu etdiyiniz müvəffəqiyyətə çatmaq üçün qorxmadan çalışırsınız. İdarəçilik qabiliyyətiniz olduğu üçün hadisələrə dərhal hakim ola bilirsiniz. Həyatın hər sahəsində bu qabiliyyətiniz etibarlıdır.
Dayanıqlılıq, güc və iradə ehtirasınızın vasitələridir. Və siz bu vasitələri böyük bir bacarıq ilə istifadə edirsiniz. Zaman – zaman bu xüsusiyyətlərin mənfi istiqamətlərini sərgilədiyiniz olur. Belə vəziyyətlərdə son dərəcə təcavüzkar ola bilirsiniz. Halbuki istədiyinizi əldə etmənin yolu əlaqələrinizdə incəliyi əldən buraxmadan həll etməkdən keçir. Bəzən tənqid edən və əmr edən olursunuz, amma sizə tənqid edildiyində qəhr olursunuz. Əslində son dərəcə həssas bir ürəyiniz var. Bu vəziyyətdə ürəyinizin səsini dinləyin. Qısa zamanda həm liderliyinizi, həm də dostlarınızı yenidən qazanarsınız.
MUASİRMEDİA.AZ