Respublikanın hər yerində olduğu kimi Salyanda da səhər saat 8-dən bütün seçki məntəqələri öz qapılarını seçiçilərin üzünə açıb. Səhər saatları olmasına baxmayaraq bir çox məntəqədə seçici fəallığı müşahidə olunub.
65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinə daxil olan bütün məntəqələrdə, o cümlədən 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin Salyan rayonun Şorsulu kəndini əhatə edən 37 saylı seçki məntəqəsində də seçkilərin şəffaf keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Məntəqənin ərazisi 1314 seçicini əhatə edir. Qeyd edək ki, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinə 50 məntəqə daxildir. 9 məntəqədə veb-kamera quraşdırılıb. Dairəyə daxil olan məntəqələrdə ümumilikdə 52 min 665 nəfər səs verir. Bunlardan 39 min 394 nəfər Salyan, 7477 nəfər Biləsuvar, 5794 nəfər isə Neftçala sakinidir. 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsində 206 nəfər ilk dəfə səs verir. Seçkiləri 584 yerli müşahidəçi müşahidə edir. Yaqub Mehdioğlu Salyan

MUASİRMEDİA.AZ