Azərbaycan paleontologiya məktəbinin banisi, arxeoloq, tarix elmlər doktoru, professor, Azərbaycan arxeologiya elminin patriarxlarından biri olan Məmmədəli Hüseynov tələbələri ilə Azıx mağarasında.
Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağara 1960 – cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın “Paleolit Arxeoloji Ekspedisiyası” tərəfindən aşkar olunmuşdur. 1968 – ci ildə isə Məmmədəli Hüseynov tərəfindən Azıx mağarasından Azıxantropun alt çənə sümüyü tapılmışdır. Azıxantropun təqribən 350-400 min əvvəl yaşadığı ehtimal olunur. Bununla yanaşı, mağarada tapılmış ayı kəllələri mağaranın adının da hardan qaynaqlandığını müəyyən mənada ifadə edir. Bəzi araşdırmaçıların fikrinə görə, “Azıx” sözünün mənası “ayı” deməkdir.
MUASİRMEDİA.AZ