AŞPA Gürcüstan hakimiyyətindən yeni parlament seçkiləri keçirilməsini tələb etdi

Dünya

Avropa Şurası Parlament Assambleyası Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi və siyasi məhbusların azad edilməsini tələb edən qətnamə qəbul edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, qətnamə 114 lehinə, 13 əleyhinə səs olmaqla qəbul edilib.

Qətnamədə Gürcüstan hakimiyyətindən qarşıdakı aylarda yeni seçkilər elan etmək, nümayişçilərə qarşı güc tətbiqini, jurnalistlərə, vətəndaş fəallarına qarşı hüquqi müxanizmlərdən istifadəni dayandırmaq, “xarici agentlər” qanununu geri çəkmək tələb edilib.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir