Krımda ölümlə nəticələnən qəza: hərbi yük maşını minik avtomobili ilə toqquşub.
2025-ci il yanvarın 27-də səhər saatlarında Krım Respublikasının Voykovo kəndi yaxınlığında hərbi və mülki avtomobillərin iştirakı ilə qəza baş verib.
200-cü əlahiddə motoatıcı briqadanın hərbçilərinin idarə etdiyi “KAMAZ-53501” markalı yük maşını naməlum səbəbdən qarşıdan gələn zolağa çıxaraq “Mitsubishi Outlander” markalı avtomobillə toqquşub. Avtomobilin sürücüsü və sərnişini hadisə yerində dünyasını dəyişib.
Şahidlər əsgərlərin sərxoş ola biləcəyini iddia etsə də, rəsmi ekspertiza bunun əksini göstərir. İstintaq Komitəsi araşdırma aparır.


MUASİRMEDİA.AZ