Abşeronda dəhşətli qətl hadisəsi- VİDEO

Kriminal

38 yaşlı qadın qətlə yetirilib, dayısı saxlanılıb…

İddialara görə kişi,  bacısı qızının yaşadığı binaya gələrək onunla mübahisə edib. Bundan sonra bacısı qızını əvvəlcə  döyüb, sonra bıçaqla  boğaz nahiyəsinə bir neçə zərbə vurub.

Araşdırma zamanı 58 yaşlı  Şakir Rzayevin rayonun Masazır kəndi ərazisində bıçaqla xəsarətlər yetirərək qohumu Türkan Abdurəhimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Qonşuların verdiyi məlumata görə, iki azyaşlı qız anası olan Türkan həmin binaya yenicə köçüb kirayədə yaşayırmış. Qadın elə Masazır kənd bələdiyyəsində ümumi şöbədə işçi kimi çalışırmış. Verilən məlumata görə kişi, bacısı qızının yaşadığı ünvana gələrək onu binanın girişində gözləyib. Türkan Abdurəhimova işdən evə qayıdarkən əvvəlcə dayısı ilə mübahisə edib. İddiaya görə, Şakir Rzayev bacısı qızını əvvəlcə  döyüb, sonra bıçaqla  boğaz nahiyəsinə bir neçə zərbə vurub. Qadın aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı  cinayət işi başlanıb.

MUASİRMEDİA.AZ

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir