Ağcabədidə evdə əl qumbarası partlayıb, 5 nəfər ölüb

Hadisə

 Hadisə zamanı Bəhruz Quliyev, Şamil Quliyev, Natiq Quliyev, Məhəmməd Məmmədli və Murad Məmmədli ölüb.

Hadisə zamanı Ülviyyə Məmmədli və Aysun Quliyeva müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya aparılıb.

12.47

Ağcabədidə qumbaranın partlaması nəticəsində 5 nəfərin öldüyü hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub.

“Report” xəbər verir ki, azyaşlı uşaq Hindarx qəsəbəsi ərazisində oynayan zaman qumbara tapıb. O, qumbaranı evə gətirib və ailə üzvlərinə verən zaman qumbara açılıb və bu zaman partlayış baş verib.

Nəticədə 5 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub, araşdırma aparılır.

Baş Prokurorluqdan verilən məlumata görə, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.

12:42

Ağcabədi rayonunun Hindarx qəsəbəsində əl qumbarası partlayıb.

Bu barədə  məlumatı hüquq-mühafizə orqanları təsdiqləyib.

Hadisə nəticəsində 5 nəfərin öldüyü, 2 nəfərin yaralandığı deyilir.

Faktla bağlı araşdırma başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir