Hündürlüyü 1 kilometrdən çox olan bina tikilir

Dünya

Səudiyyə Ərəbistanında dünyanın gələcək ən hündür qülləsi olan “Jeddah Tower”in tikintisi bərpa olunub.

Qüllənin 2028-ci ildə tamamlanması planlaşdırılır.

Göydələn Ciddə şəhərindən 32 kilometr şimalda tikiləcək. Onun hündürlüyü 1007 metr olacaq ki, bu da Dubaydakı Bürc Xəlifədən 179 metr yüksəkdir.

Memarların qlobal ambisiya və tərəqqi simvolu adlandırdıqları qüllə 2013-cü ildə inşasına başlanılmışdı. Lakin tikinti işləri 2018-ci ildə dayandırılmışdı, o zaman binanın artıq 63 mərtəbəsi var idi.

Bu ay inşaatçılar göydələnin 64-cü mərtəbəsinin tikintisinə başlayıblar. Onlar hər dörd gündə bir mərtəbə tikəcəklər.

Dünyanın ən hündür müşahidə göyərtəsi 157-ci mərtəbədə açılacaq.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir