Sadəlik, xeyirxahlıq və həqiqəti özündə birləşdirən hüquq elmləri doktoru, professor, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynovun bu gün doğum günüdür.
Bəli, Lətif müəllim, mənim üçün sözlə ifadə edilə bilməyəcək qədər böyük insandır, dəyərli alimdir. O bir elm adamı kimi 2003-cü ildən indiyə qədər mənə dəstəyini əsirgəmir, elmi araşdırmalarıma xüsusi diqqət ayırır, tövsiyələrini verir, hətta çox kəskin tənqidlər edir. Hər zaman tələbkarlığının qarşısında duruş gətirməyə çalışıram (bəzən bu çox çətin olur, bunu mənə yaxın olan insanlar bilir), tənqidlərindən nəticə çıxarıb araşdırmalarıma davam edirəm. Nəticə etibarilə, onun sayəsində nə qədər yeniliklər qazandığımın şahidi oldum və dəyərli alimin görünməyən gözəl keyfiyyətlərini kəşf etdim.

Hörmətli Lətif müəllim, tam səmimiyyətimlə Sizi ürəkdən təbrik edir, sağlam ömürlə bütün yaradıcılıq planlarınızın həyata keçməsini və daha yüksək nailiyyətlər qazanmağınızı arzu edirəm. Doğum gününüz mübarək!
Siz hüquq elmi üçün böyük bir dəyərsiniz.
MUASİRMEDİA.AZ