Dünyanın ən böyük gölü Xəzər dənizidir. Okean mənşəlidir və dəniz adlanır. Xəzər dənizinin sahəsi 371.000 km², ən böyük dərinliyi isə 1025 metrdir. Bu, planetin ən böyük qapalı su hövzəsidir, Xəzər dənizinin çıxışı olmadığı üçün digər dəniz və okeanlarla heç bir əlaqəsi yoxdur.
İndi dənizin səviyyəsi yenidən enməyə başlayıb və Xəzərdən gələn suyun hara getdiyi hələ də məlum deyil. Xəzər dənizinin yaşı təxminən 6 milyon ildir. Dəniz Asiya ilə Avropanın sərhəddində yerləşir.
Xəzər dənizinə 130 çay tökülür. Dənizə tullantı sularının təxminən 70%-i ən böyük çay Volqadan gəlir. 2000-ci illərə qədər dünyada qara kürü istehsalının, demək olar ki, 90%-i Xəzər dənizinin payına düşürdü. Xəzər dənizinin suları beş dövlətin sahillərini yuyur – Türkmənistan, Rusiya, Qazaxıstan,
Azərbaycan və İran. Xəzər dənizi neft və qaz yataqları ilə zəngindir. Onun tərkibində 6,5 milyard ton neft və qaz ehtiyatı var. Bakı Xəzər dənizinin ən böyük liman şəhəridir. Dəniz sularında və sahillərində 1800-ə yaxın müxtəlif növ heyvan yaşayır və Xəzər dənizinin florasına 700 dən çox növ daxildir. MUASİRMEDİA .AZ
TƏRCÜMƏ EDƏN:
BƏHRƏMOVA GÜLLƏR
