Öncə ağ- qara deyilən zaman hər kəsin ağlına ağ-qara yumor və ya komediya yada düşür. Amma bu tamaşa yarı dramatik, yarı faciə və sonda yarı düşündürücü və mənalıdır. Əslində götürsək bu tamaşada qeyd etdiklərimdən də çox şeylər var. Səhnədə maraqlı aktyor oyunu və maraqlı bir quruluş var. Hələki tamaşanı bir kənara qoyub sizinlə söhbət etmək istəyirəm. Biz öz təbiətimizi, biz öz dünyamızı nə qədər qoruya bilirik?. Daha doğrusu qoruyuruğmu?. Təbii ki bu sual bir balaca müəmma və ziddiyyət doğurur. Zavod və fabriklərin boş-boş şütüyən maşınların, tullantıların və kəsilən ağacların, məhv olan təbiətin tüğyan etdiyi bir dünyada yaşayırıq. Çoxlarınıza bəlkə də yazdığım bu məqalə çox qəribə gələcək hətta yazdığlarıma qəh qəhə çəkib güləcəksizdə amma bilirəm ki lağlağıya qoyub məqaləmi oxuyanların da sayı az olmayacaq. Əslində biz özümüz öz dünyamızı təbiətimizi məhv edirik. İçinizdə əşi düz edirik deyənlərdə, sən get öz işinlə məşğul ol deyənlərdə var. Bəlkə də haqlısız mən gedib öz işimlə məşğul olmalıyam. Dünyanı xilas etmək mənə qalıb?. Onsuzda biz insanlar yaratmaqla, qorumaqla yox vurub dağıdıb, yandırıb kül etmək, zibilləmək, öldürmək və ən sonda məhv etməklə məşğuluq elə sözün əsl mənasında məşğulliyətimiz budur. Biz Allahın yaratdıqlarını dağıdıb məhv edən bəndələrdənik. Soruşanda isə deyirlər ki əşi nə edək ağac yaranıb kəsilmək üçün heyvan yaranıb qidalanmaq üçün təbiət isə bizim üçün yaranıb. Bəli haqlısız təbiət bizim üçün yaranıb. Allah yaradıb ki, ağacı kəsməyək meşələri yandırmayaq sadəcə gedib orada təmiz hava qəbul edək day deməyib ki, gedib yeyib içib oranı zibilləyib hətta hirsimiz soyumayıb deyə oranı yandıraq, meşəni və orada yaşayan canlı aləmi məhv edək. Əşi nə qədər desəmdə bu dünya və insanlar düzəlməyəcək. İndisə keçim tamaşaya. Tamaşanın quruluşçu rejissoru və müəllifi İntiqam Soltandır. Həqiqətən də mən İntiqam müəllimin bir çox tamaşalarına baxmışam qadınlar və kişilər belə bir tamaşası var idi. O tamaşada da qlobal mövzulara toxunmuşdu. Bu tamaşada isə məhv olan yer kürəsindən danışır. Səhnə dekoruna baxdıqda sanki özünü zibilliyin içinə qərq olmuş kimi hiss edirsən. Bəlkə də elə bu quruluşlada rejissor insanlara bir ismarıc göndərir. Deyir ki, baxın sizin 5-10 dəqiqə yaşaya bilmədiyiniz bu üfunət iyi basan zibillikdə minlərlə heyvanlar yaşayır. Heç düşünmürsüzki, biz iyi götürmədiyimiz bu zibillikdə bu heyvanlar necə qidalanır. Tamaşada təbiətdə baş verən faciələr ekranda nümayiş olunur. Ekran qalxır yer kürəsi olan içində zibil dolusu bir yer kürəsi görünür. Uzaqdan zibilliklərin içindən çıxan aktrisa səhnənin önünə gəlib əlindəki quru və kif atmış çörəyi insanlara uzadır. Lakin heç kim bu çörəyi ondan götürmək istəmir. Aktrisa səhnəyə qalxır və çörəyimi niyə götürmədiz çünki qurudu kif atıb, köhnəlib hə… Sizin yeyə bilmədiyiniz bax bu çörəyi heyvanlar yeyir. Bəlkə də müəllif onu demək istəyir ki, çalışın israfçılığ etməyin çörək köhnədir deyib onu zibilliyə atmayın heyvanlara verin,quşlara verin qoy qidalansınlar. Tamaşada buna bənzər çox hadisələr olur hətta kefli İsgəndərin monoloğuna bənzər monolqda deyilir. Mən sizə təkcə tamaşanın məzmunundan deyilən Ana təbiətin obrazını oynayan gənc aktrisa Lalə Abuşovadan da danışmaq istəyirəm. Daha doğrusu desək onun səhnədəki səhnə performansından danışacam. Ana təbiət olan bu obraz təbiəti və heyvanları qorumağı insanlardan rica edir. Quşa çevrilir quş kimi havada çırpındığı zaman bir güllə ilə yerə sərilir. Hayqıraraq deyir ki gəlin quşları öldürməyək onların kökünü kəsməyək. Özünü hətta tısabağaya bənzədir 250 yaşı olan babasının bu dünyadakı tək varisini canlandırır. Övladının yəni balaca tısbağanın öldüyünü, insanlar tərəfindən öldürüldüyünü hayqırır. İnsanlara müraciət edir lakin hər kəs susur. Sonda isə çanağından çıxan tısbağa yenidən çanağına girir və hayqıraraq gəlin təbiətimizi və yer kürəmizi qoruyaq deyib qorunmaq üçün zibilliklə dolu olan yer kürəsində gizlənir. Açığı desək o tamaşada kı müəllifin sözləri hələ də məni düşündürür biz dənizləri çirkləndiririk orda balıqlar boğulur. Səmanı tüstüyə boğuruq orada Allah boğulur yəni müəllif demək istəyir ki, biz insanlar təkcə yaradanın yaratdığını deyil, yaradanın özündə boğuruq. Sonda tamaşada deyilən kimi gəlin dünyamızı qoruyaq axı biz onu məhv etməklə özümüzü məhv edirik.
Yazan : Ənvər Məmmədov.