BMT Trampın qərarlarından narahatdır

Siyasət

“ABŞ prezidenti Donald Trampın Kanada, Meksika və Çinə tətbiq edəcəyi əlavə gömrük rüsumları qlobal iqtisadiyyata böyük təsir göstərəəck. Biz bundan çox narahatıq”.

MUASİRMEDİA.AZ xarici mətbuata isinadla xəbər verir ki, bu sözləri BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik brifinqində suallara cavabda deyib.

BMT rəsmisi qeyd edib ki, qərar dünya əhalisinin güzəranında acıverici iz buraxa bilər.

Xatırlaadq ki, ABŞ administrasiyası Kanada və Meksikadan idxal edilən mallara 25 faiz, Çindən idxala isə 10 faiz əlavə gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb. Lakin ötən gün  Meksika ilə bağlı qərar bir aylıq təxirə salınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir