“Nimesil”in çoxsaylı fəsadları var. Məsələn, sözügedən ağrıkəsicinin selikli qişanı, mədənin divarlarını əritdiyi, toksiklik dərəcəsi yuxarı olduğu üçün qaraciyəri dağıtdığı, mədədə yanma hissi yaratdığı, bəzən qanaxmaya səbəb olduğu vurğulanır.
Maraqlıdır ki, Azərbaycanda bu preparat qadağan oluna bilərmi?
AEM-dən bildirilib ki, nimesulid tərkibli dərman vasitələrinin qadağan edilməsi və ya məhdudlaşdırılması ilə bağlı qərarlar milli tənzimləmə yanaşmalarından asılıdır:
“Belə ki, bir qrup ölkələrdə riskləri olan preparatların preventiv şəkildə bazardan çıxarılmasına üstünlük verilir (ABŞ, Avstraliya və sair). Digər bir qrup ölkələrdə əgər risklər idarə edilə bilirsə, yanaşma olaraq daha çox məhdudiyyət strategiyası tətbiq olunur. Bu qrup ölkələrə Türkiyə, Rusiya, Ukrayna, Belarus və sair aid etmək olar.
Bəzi ölkələrdə nimesulidin istifadəsi məhdudlaşdırılmış olsa və ya qadağan edilsə də, bir çox ölkələrdə (İtaliya, Türkiyə, Polşa, Xorvatiya, Bolqarıstan, Macarıstan, Finlandiya, Yunanıstan, Meksika, Braziliya, Latviya, Litva, Malta, Kipr, Rusiya, Türkmənistan, Ukrayna, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və s.) istifadəsinə icazə verilib
MUASİRMEDİA.AZ