Hər bir ölkənin gələcəyi xalqın əlindədir, xalqın

Dünya
Putini sərt tənqid edən, Rusiya xalqını daim diktator rejimindən Rusiyanı azad etmək üçün meydanlara çağıran, qorxmadan avtoritar rejimlərin ocağı ilə mübarizə aparan və sonda Putinin əmri ilə qətlə yetirilən Rusiya müxalifət lideri Boris Nemtsovun 10 il bundan qabaq dedikləri reallaşır.
2015-ci ildə Rusiya cəmiyyətinə və Qərbə ünvanladığı müraciət:
“Əziz Rusiyalılar, ayılın, nə qədər gec deyil, ayılın! Krımın anneksiyasına indi sevinirsiniz və düşünürsünüz ki, biz böyük imperiyayıq, biz tarix yazırıq, amma bu tələdir, daha böyük tələ!… Siz sussanız, bu ədalətsizliyi qələbə kimi qəbul etsəniz, qarşıdakı 10 illərdə Putin sizi daha böyük avantüralara sürükləyəcək, sizi sivil dünyadan daha çox təcrid edəcək, sizin övladlarınızı öz hakimiyyəti naminə ət maşını kimi qurban verəcək. Ukrayna sizin üçün asan loxma kimi gəlməsin. Ukraynalılar Kremli istəmirlər, onların müstəqil və azad yaşamağa haqqları var. İnanın mənə, əgər Ukrayna azad olarsa, Rusiya da azad olacaq, Putin bundan çox qorxduğu üçün Ukraynadan əl çəkməyəcək.
Buradan Qərbə də səslənirəm, siz də ayılın! Krımla bağlı Putinə indi, vaxtında reaksiya verin. Əks halda, qarşıdakı illərdə Putinin qarşısını almaq üçün daha çox xərcləməyə, daha çox qurban verməyə məcbur qalacaqsınız”.
Budur, Nemtsovum dediklərindən 10 il keçib və Rusiya müassir dünyadan təcrid olunub, bir milyona yaxın əsgəri öldürülüb, milyonlarla əsgər yaralanıb, əsir götürülüb, itkin düşüb, milyonlarla gənc müharibəyə getməmək üçün ya ölkədən qaçıb və ya ölkənin harasındasa gizlənib, Sovetdən qalan silahlar tükənib, əsgər üçün Şimali Koreyaya, silah üçün İranadan xahiş edir, Rusiya iqtisadiyyatı Çindən aslı vəziyyətdə qalıb, rubl yerlər altında sürünür, Rusiya idmançıları beynəlxalq idman yarışlarına dəvət olunmur, Rus yükdaşıma gəmilərini ölkələr limanlarına buraxmır, Rusiya sanksiyalar altında boğulur və daha nələr-nələr.
Əgər Rusiya xalqı vaxtında müxalifət lideri Boris Nemtsovun, sonradan liderliyi üzərinə götürmüş Aleksey Navalninin sözünü eşidib, etirazlara kütləvi şəkildə qoşulsaydılar, indi nə Putin qalardı, nə dəki Rusiya bu günə qalmazdı.
Hər bir ölkənin gələcəyi xalqın əlindədir, xalqın.

MUASIRMEDIA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir