İrana xəbərdarlıq edildi

Siyasət

ABŞ Prezidenti Donald Tramp iranlı həmkarı Məsud Pezeşkianla görüşü mümkün hesab edir.

O, bu barədə Ağ Evdə jurnalistlərə bildirib.

İran prezidenti ilə görüşmək və ya birbaşa təmasda olmaq barədə düşünüb-düşünmədiyi barədə suala Tramp “Bəli” cavabını verib.

“Görək İranla razılığa gələ, sövdələşə bilərikmi”, – ABŞ prezidenti deyib.

Mümkün razılaşmanın təfərrüatları ilə bağlı suala cavab olaraq Tramp vurğulayıb:

“İranın nüvə silahına sahib olmasına icazə verilə bilməz. İran və ya başqasına qarşı sərt mövqe nümayiş etdirmək istəmirik, amma onların nüvə silahı olmamalıdır”.​

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir