Muxtar Bahadur oğlu Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib.
MUASİRMEDİA.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, M. Babayev 2018-ci ildən ekologiya və təbii sərvətlər naziri vəzifəsini icra edirdi.
Prezidentin digər Sərəncamı ilə, Muxtar Babayev Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.