Bakıda saxlanılan keçmiş hakim Y.Xaxalevanın ekstradisiyası olacaqmı?

Baş səhifə

Rusiya İstintaq Komitəsi tərəfindən təqsirləndirlən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilmiş və ölkəmizdə saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilmiş Yelena Xaxalevanın qətimkan tədbirinin dəyişdirilməsinə dair apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

MUASİRMEDİA.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məhkəmənin 4 fevral tarixli qərarı ilə həbs qətimkan tədbiri ləğv olunan Y.Xaxaleva barəsində Xəzər rayon prokurorluğu tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bundan başqa, Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən Y.Xaxalevanın ekstradisiyası ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna daxil olmuş sənədlərə hazırda baxılmaqdadır.

MUASİRMEDİA.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir