Daxmada keçirilən toydan sonra onların hamısını bir-bir aradan götürdülər-SÖHBƏT KİMLƏRDƏN GEDİR

Tarix
Xalq şairi Rəsul Rza və həyat yoldaşı Nigar Rəfibəyli. 1937-ci il. Nigar xanım Bakıya bu foto çəkildiyi tarixdən 10 il əvvəl – 1927-ci ildə gəlmişdi.

MUASİRMEDİA.AZ xəbər verir ki,ilk vaxtlar o, kinostudiyada tərcüməçi işlədi. 3 il sonra isə fəaliyyətini Maarif Evində davam etdirdi. Elə Rəsul Rzanı da 1930-cu ildə Maarif Evində görüb, tanıdı. Sonra müxtəlif ədəbiyyat məclislərində qarşılaşmağa başladılar. 1932-ci ildə Nigar Rəfibəyli Moskvaya Ədəbiyyat İnstitutuna təhsil almağa getdi. Rəsul Rza da təhsilini bitirmək üçün həmin şəhərə yollandı. Bu müddət ərzində aralarındakı münasibətlər daha səmimi xarakter aldı. Onlar 1937-ci ildə Bakıya dönüb ailə qurdular. Cütlüyün toyu elə yaşadıqları balaca daxma kimi evdə keçirilir. Sonradan repressiya olunan adamların bir çoxu, eləcə də Mikayıl Müşfiq, Hüseyn Cavid də onların toyunda iştirak ediblər. Bu məclisdən sonra onların hamısını bir-bir aradan götürdülər…

2 kişi ve yazı görseli olabilir
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir