Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi Fərman verib

İqtisadiyyat

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

06 fevral 2025, 15:58

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2030 (Cild I); 2024, № 2, maddə 159) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 6-cı hissədə “2024-cü” sözləri “2026-cı” sözləri ilə əvəz edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş Əlavə 3 – “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası”nın 3.2-ci bəndi üzrə:

1.2.1. 3.2.2-ci yarımbənddə “60 (altmış)” sözləri “30 (otuz)” sözləri ilə əvəz edilsin və həmin yarımbənddən “(borcalanın zamin durduğu öhdəliklər istisna olmaqla)” sözləri çıxarılsın;

1.2.2. 3.2.3-cü və 3.2.4-cü yarımbəndlərdə “60 (altmış)” sözləri “30 (otuz)” sözləri ilə əvəz edilsin və həmin yarımbəndlərdən “(onların zamin durduqları öhdəliklər istisna olmaqla)” sözləri çıxarılsın;

1.3. həmin Fərmanla təsdiq edilmiş Əlavə 5 – “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası”nın 4.6-cı bəndində “həmin ilin” sözləri “faiz subsidiyası verilən müddətin” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 29 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 897 (Cild I) 3.2-ci bəndində “2024-cü” sözləri “2026-cı” sözləri ilə, “2027-ci” sözləri “2029-cu” sözləri ilə əvəz edilsin.

3. Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 fevral 2025-ci il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir