Xaçmaz rayonunda “Gənclər arasında sağlam həyat tərzinin təbliği” adlı səyyar-maarifləndirici aksiya keçirilmişdir-FOTOLAR

Cəmiyyət
Xaçmaz rayonunda “Gənclər arasında sağlam həyat tərzinin təbliği” adlı səyyar-maarifləndirici aksiya keçirilmişdir.
06 fevral 2025-ci il tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun və Xaçmaz rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sağlam həyat tərzinin təbliği” adlı səyyar-maarifləndirici aksiya keçirilmişdir.
Aksiya çərçivəsində iştirakçılara narkomaniya, immunçatışmazlığı virusunun (HİV) fəsadları, onların profilaktikası, həmçinin düzgün qidalanmanı və şəxsi gigiyenik qaydalara dair nümunələri özündə əks etdirən bukletlər paylanılmış, izahlar verilmişdir.
Tədbirin keçirilməsi rayon əhalisi arasında sağlam həyat tərzinin və zərərli vərdişlərdən çəkinməyin təbliği və onları maarifləndirmək məqsədi daşımışdır.
 MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir