Yazıçılar ittifaqının üzvü ,bir neçə kitabın müəllifi olan , şerlərinə musiqi bəstələnən , Məkkə, Mədinə ziyarətlərində dəfələrlə olan Hacı xanım Aygün.
Aygün xanımın qəlbi vətən sevgisi ilə döyünür. Getdiyi ziyarətlərdə ALLAHIM VƏTƏNİMİ ,TORPAQLARIMI düşmənlərimizdən xilas et duaları ilə hər zaman yola çıxıb. Qəlbi sonsuz sevgi ilə dolu bir xanımdır.Dünyanın harasında olur olsun Vətənim Azərbaycandır sözünü fəxirlə deyecək.
Allah qorusun şairəmizi.
CÜMƏ GÜNÜ.
Dünyaya gəlmişəm cümə günündə,
Allahın imanlı bəndəsiyəm mən.
Uca həqiqətə könül vermişəm,
Təqvalı qəlblərin xoş səsiyəm mən.
Tanrı dərgahına açılır əlim.
Ürəyim vəsf edir onun adını.
Hər cümə günündə qanadlanıram,
Basıram bağrıma Rəbbin andını.
Cümənin nur dolu şərafətindən,
Mənim duyğularım çiçək açıbdır.
Ziyarət etmişəm Allah evini,
Yaradan ruhuma işıq saçıbdır.
Cənnət bağçasından çıxıb hər cümə
Cahana eşq səpir sanki mələklər,
Cümədə dünyaya gəlmisən, Aygün,
Səni alqışlayır sevən ürəklər!
HACIXANIM AYGÜN HÜSEYN