“Dunay sahilindəki ayaqqabılar” adlı bu heykəllər Can Toqay və Gyula Pauer tərəfindən 2005-ci ildə çuqun, dəmir və daşdan hazırlanıb.
Heykəl Macarıstanın paytaxtı Budapteştdə yerləşir. II Dünya müharibəsi ərəfəsində Macarıstanın Nasist partiyası tərəfindən burada çayın kənarında yəhudilər soyundurulmuş və güllələnmişdi. 800-ü yəhudi olmaqla təxminən 3500 cəsəd Dunay çayına atılmışdı. Ümumilikdə, Budapeştdə 20 min yəhudi edam edilmişdi.
Çayın kənarında yaradılmış qadınlara, kişilərə və uşaqlara aid bu 60 cüt tənha ayaqqabı həmin drammatik hadisəni çox yaxşı ifadə edir.
Daim xatırlanması və unudulmaması üçün biz də Xocalı soyqırımı və digər faciələr üçün bu cür mənalı heykəllər, abidələr yarada bilərik. (Təbii ki, bəzi abidələr var. Məsələn, “Ana fəryadı”)
MUASİRMEDİA.AZ