10 fevral Azərbaycan muğənnisi Anatollu Qəniyevin doğum günüdür

Şou-biznes
10 fevral Azərbaycan muğənnisi (bariton). 60-cı illərin əvvələrindən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuş Anatollu Qəniyevin doğum günüdür. Doğum tarixi: 10.02.1931 Vəfat tarixi: 01.10.1985
Həyat və yaradıcılığı- Anatollu Qəniyev 1931-ci ildə Neftçala şəhərində doğulmuşdur. Uşaqlıqdan musiqiyə həvəsi olmuşdur. Hərbi xidmətdən sonra Asəf Zeynallı adına musiqi məktəbində təhsil alıb. Müəllimi F.Mehdiyev olmuşdur. Bitirdikdən sonra Azərbaycan Dövlət Radio Televiziyasının solisti olmuşdur (1959). Sonradan T.Əhmədovun rəhbərlik etdiyi estrada orkestrinin solisti olmuşdur. “Çıx yaşıl düzə”, “Reyhan”, “Teymurun mahnısı”, “Dəyişmərəm”, “Bakının ulduzları”, “Şəlalə”, “Ay qız”, “Qonşular” (E. Rəhimova ilə duet), “Yaşa könül”, “İlk görüşdən gəlirəm”, “Səni haylaram”, “Bu dərə uzun dərə” və s. kimi ifa etdiyi mahnılarla şöhrət qazanmışdır.
Azərbaycan Mədəniyyətinin 10 günlüyündə Moskvada çıxış etmişdir (1959).
Anatollu Qəniyev Kuba, Almaniya, Polşa, Çexoslovakiya, Ərəb ölkələrində və s. qastrol səfərlərində olmuşdur. Badamlı, Nuş olsun, Naz-naz və s. dillər əzbəri olmuş mahnıları ifa etmişdir. Koroğlu, Ulduzlar sönmür, Möcüzələr adası, Mehman, Alma-almaya bənzər kimi kinofilmlərdə mahnıları səslənmişdir.
===
Filmoqrafiya:
Koroğlu (1960, tammetrajlı bədii film) – musiqi ifaçısı
Möcüzələr adası (1963, tammetrajlı bədii film) – musiqi ifaçısı
Qanun naminə (1968, tammetrajlı bədii film) – musiqi ifaçısı
Ulduzlar sönmür (1971, tammetrajlı bədii film) – musiqi ifaçısı
Alma almaya bənzər (1975, tammetrajlı bədii film) – musiqi ifaçısı
Azərbaycan elləri (1976, qısametrajlı sənədli televiziya filmi) – musiqi ifaçısı

MUASİRMEDİA.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir