İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə

İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun
15-21.1-1-ci maddəsinə uyğun olaraq qərara alıram:
1. İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin xərcləri 2 941 690 000,00
manat məbləğində təsdiq edilsin. Bu xərclərin maliyyələşmə mənbələri aşağıdakılardır:
1.1. icbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin gəlirləri 2 571 690 000,00
manat;
1.2. icbari tibbi sığorta fondunun büdcəsinin əvvəlki illərdə istifadə olunmamış
vəsaitlərindən (qalığından) 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən
370 000 000,00 manat.
2. Müəyyən edilsin ki, 2025-ci ildə icbari tibbi sığorta fondunun gəlirləri
aşağıdakı daxilolmalar hesabına formalaşır:
Sıra
№-si Gəlirlərin mənbələri Məbləğ
(manatla)
2.1. Dövlət büdcəsindən ayırmalar 1 416 405 000,00
2.1.1. Əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari
tibbi sığortalanması 1 266 640 000,00
2.1.1.1. o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə 57 741 708,00
2.1.2. Səhiyyə sahəsində dövlət proqramlarına və tədbirlərə
ayrılan vəsait 149 765 000,00
2.2. İşəgötürən və işçi tərəfindən icbari tibbi sığorta
üzrə ödənilən sığorta haqları 909 060 000,00
2.2.1. Büdcədən maliyyələşən təşkilatlar üzrə: 318 358 600,00
2.2.1.1. İşəgötürən 159 179 300,00
2.2.1.1.1. o cümlədən Naxçıvan Muxtar Respublikası  üzrə 8 400 000,00
2.2.1.2. İşçi 159 179 300,00
2.2.1.2.1. o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə 8 400 000,00
2.2.2. Neft-qaz sahəsində fəaliyyəti olan və ya qeyri-büdcə
dövlət sektoruna aid edilən sahələr üzrə:
241 087 600,00
2.2.2.1. İşəgötürən 120 543 800,00
2.2.2.1.1. o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə 1 900 000,00
2.2.2.2. İşçi 120 543 800,00
2.2.2.2.1. o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə 1 900 000,00
2.2.3. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət
sektoruna aid edilən sahələr üzrə:
349 613 800,00
2.2.3.1. İşəgötürən 174 806 900,00
2.2.3.1.1. o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə 1 700 000,00
2.2.3.2. İşçi 174 806 900,00
2.2.3.2.1. o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə 1 700 000,00
2.3. Fiziki şəxslərdən sığorta haqları üzrə daxilolmalar 17 000 000,00
2
2.3.1.
Vergi uçotuna alınmış fiziki şəxslərdən (fərdi
sahibkarlardan, xüsusi notariuslardan, vəkillər
kollegiyasının üzvlərindən)
16 500 000,00
2.3.1.1. o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə 750 000,00
2.3.2. Mülki hüquqi müqavilələr əsasında işləri (xidmətləri)
yerinə yetirən fiziki şəxslərdən
500 000,00
2.3.2.1. o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə 1 000,00
2.4.
Avtomobil benzininin, dizel yanacağının, maye
qazın Azərbaycan Respublikasının ərazisinə
idxalı və daxili istehlakı, alkoqollu içkilərə və
tütün məhsullarına tətbiq olunan aksizlər üzrə
daxilolmalar
140 625 000,00
2.4.1.
Azərbaycan Respublikasının ərazisində istehsal
edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və
Azərbaycan Respublikasının ərazisinə idxal olunan
avtomobil benzininin, dizel yanacağının, maye qazın
hər litrinə görə daxilolma
108 068 000,00
2.4.2.
Araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş
içki materialları, likör və likör məmulatlarının hər litrinə
görə tətbiq edilən aksiz dərəcəsi üzrə daxilolma
5 159 000,00
2.4.2.1. o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə 20 000,00
2.4.3.
Pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli
digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz
dərəcəsi üzrə daxilolma
2 948 000,00
2.4.3.1. o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə 40 000,00
2.4.4.
Siqarilla (nazik siqarlar) və tütündən hazırlanan
siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə
tətbiq edilən aksiz dərəcəsi üzrə daxilolma
24 070 000,002
.4.4.1. o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə 2 137 000,00
2.4.5. Energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz
dərəcəsi üzrə daxilolma 380 000,00
2.4.5.1. o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə 2 000,00
2.5. Digər daxilolmalar 88 600 000,00
2.5.1. İcbari tibbi sığorta üzrə sərbəst vəsaitin idarə
olunması üzrə gəlirlər
85 000 000,00
2.5.2.
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinin pozulması ilə bağlı tətbiq
olunan cərimələrdən, maliyyə sanksiyalarından və
hesablanmış faizlərdən daxilolmalar
3 600 000,00
3. Müəyyən edilsin ki, icbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin
xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:
Sıra
№-si Xərclərin istiqamətləri Məbləğ (manatla)
3.1.
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik
hüquqi şəxsin Aparatının (filial, idarə) saxlanılma
xərcləri
33 500 000,00
    3
3.2.
“Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin
xərcləri
84 691 708,00
3.2.1. Dövlət büdcəsinin vəsaiti hesabına tam təqvim ili üçün
adambaşına ayrılmış vəsait 57 741 708,00
3.2.2.
İşəgötürən və işçi tərəfindən ödənilən sığorta haqları,
digər sığorta haqları, habelə digər maliyyə
mənbələrindən daxilolmalar hesabına ayrılmış vəsait
(Naxçıvan Muxtar Respublikası üzrə daxilolmalar
hesabına)
26 950 000,00
3.3. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik
hüquqi şəxsin saxlanılma xərcləri 47 300 000,00
o cümlədən:
3.3.1. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi
şəxsin Aparatının saxlanılma xərcləri 26 500 000,00
3.3.2. “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsin
saxlanılma xərcləri 10 100 000,00
3.3.3.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi
şəxsin tabeliyindəki digər hüquqi şəxslərin saxlanılma
xərcləri
10 700 000,00
3.4. İcbari tibbi sığorta ödənişləri və dotasiya məbləği,
cəmi 2 655 721 292,00
3.4.1.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik
hüquqi şəxsin tabeliyindəki tibb müəssisələri üzrə
icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği
üzrə xərclər
1 720 956 292,00
o cümlədən:
3.4.1.1. Tibb müəssisələrində kadr potensialının
gücləndirilməsi ilə bağlı xərclər
6 000 000,00
3.4.1.2. İşğaldan azad olunmuş ərazilərdə mobil hospitalla
saxlanılma xərcləri 2 500 000,00
3.4.2.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik
hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin
dərman, sarğı ləvazimatlarının və materiallarının,
maddi-texniki bazasının, kadr təminatının və digər
xərclərin maliyyələşdirilməsi
464 765 000,00
o cümlədən:
3.4.2.1. Səhiyyə sahəsində dövlət proqramlarına və tədbirlərə
ayrılan vəsait 149 765 000,00
3.4.2.2. Dərman, sarğı ləvazimatlarının və materiallarının
alınması üzrə xərclər
200 000 000,00
3.4.2.3. Tibb müəssisələri üçün ərzaq məhsullarının alınması
və təminatı üzrə xərclər
25 000 000,00
3.4.2.4. Tibb müəssisələri üçün zəruri tibbi avadanlıq və
inventarın alınması 28 000 000,00
3.4.2.5.
Tibb müəssisələrində daşınmaz əmlakın əsaslı təmiri,
yüngül inşaat konstruksiyalarından inşa edilən və
asanlıqla quraşdırılıb-sökülə bilən tikililərin, kənd
yerlərində modul tipli tibb məntəqələrinin tikintisi və
quraşdırılması xərcləri
35 000 000,00
3.4.2.6. Xidməti və xüsusi təyinatlı nəqliyyat vasitələrinin
alınması 10 000 000,00
   4
3.4.2.7.
İcbari tibbi sığorta sisteminin rəqəmsallaşdırılması
üçün tibb müəssisələrində İT infrastrukturunun
qurulması ilə bağlı xərclər
17 000 000,00
o cümlədən:
3.4.2.7.1.
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik
hüquqi şəxsin məlumat mərkəzlərində informasiya
təhlükəsizliyinin qorunması və elektron sistemlərin
davamlı fəaliyyətinin təmin edilməsi (qeyri-maddi
aktivlərin və avadanlığın alınması, quraşdırılması,
sazlanması, proqram təminatı, texniki dəstək və
lisenziyalar) xərcləri
15 000 000,00
3.4.2.7.2. Digər xərclər 2 000 000,00
3.4.3.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik
hüquqi şəxsin tabeliyində olmayan tibb
müəssisələrinə tibbi xidmətlərə görə sığorta
ödənişləri
430 000 000,00
3.4.4. Aptek təşkilatlarına ambulator şəraitdə istifadə
olunan dərman vasitələrinə görə sığorta ödənişi 40 000 000,00
3.5. Sair xərclər 20 000 000,00
3.6. Sığorta ehtiyatları 96 877 000,00
3.6.1. o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə 3 387 668,00
3.7.
Yeni növ koronavirus (COVID–19) pandemiyası ilə
mübarizə tədbirlərinin bir hissəsinin
maliyyələşdirilməsi xərcləri
3 500 000,00
3.8. Bank xərcləri 100 000,00
4. Müəyyən edilsin ki:
4.1. İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin 2.1.1-ci yarımbəndindənəzərdə tutulmuş vəsaitin ödənilməsini “Tibbi sığorta haqqında” Azərbaycan
Respublikası Qanununun 15-11.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi həyata keçirir.
4.2. İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin 2.1.2-ci yarımbəndində
nəzərdə tutulmuş vəsaitin ödənilməsini “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”
publik hüquqi şəxs (bundan sonra – Agentlik) ilə razılaşdırılmış aylıq və rüblük bölgü
əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.
4.3. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki
tibb müəssisələrinin xərclər smetasında nəzərdə tutulmuş məbləğlə Agentliyin həmin
qurumlara ödədiyi sığorta ödənişlərinin məbləği arasında kəsir yarandığı halda, həmin
kəsir aylıq əsaslarla icbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin 3.4.1-ci
yarımbəndində nəzərdə tutulan vəsait hesabına maliyyələşdirilir. Agentlik tərəfindən
tibb müəssisələrinin smetaları əsasında ödənilən vəsaitin xərclənməmiş hissəsi büdcə
ilinin sonunadək Agentliyə qaytarılır.
4.4. Naxçıvan Muxtar Respublikası üzrə:
4.4.1. İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin 3.2-ci bəndində
nəzərdə tutulan vəsaitin bölgüsü Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
tərəfindən müəyyən edilir;
4.4.2. İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin 3.2.1-ci yarımbəndində
Naxçıvan Muxtar Respublikası üzrə nəzərdə tutulmuş vəsaiti Agentlik hər ay üçün
bərabər hissələrlə növbəti ayın 10-dan gec olmayaraq “Naxçıvan Muxtar
Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsə ödəyir;

4.4.3. İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin 3.2.2-ci yarımbəndində
Naxçıvan Muxtar Respublikası üzrə nəzərdə tutulmuş vəsaiti Naxçıvan Muxtar
Respublikasının ərazisində icbari tibbi sığorta haqlarının (“Tibbi sığorta haqqında”
Azərbaycan Respublikası Qanununun 15-10.1.1-ci maddəsində nəzərdə tutulmuş
vəsait istisna olmaqla) yığımını həyata keçirən səlahiyyətli orqanlar “Naxçıvan Muxtar
Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsə
ödəyirlər.
4.5. İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin 3.4.2.1-ci abzasında
nəzərdə tutulan vəsaitin bölgüsünü Azərbaycan Respublikasının Nazirlər Kabineti
həyata keçirir.
4.6. İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin 3.5-ci bəndində “Sair
xərclər” üzrə nəzərdə tutulmuş vəsaitdən Agentliyin İdarə Heyətinin qərarı əsasında
icbari tibbi sığortanın tətbiqi məqsədilə digər tədbirlərin maliyyələşdirilməsi üçün
istifadə olunur.
4.7. İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin 3.7-ci bəndində “Yeni növ
koronavirus (COVID–19) pandemiyası ilə mübarizə tədbirlərinin bir hissəsinin
maliyyələşdirilməsi xərcləri” üzrə nəzərdə tutulmuş vəsaitin bölgüsünü Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla Agentlik həyata keçirir.
5. Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

İlham Əliyev
Azərbaycan Respublikasının Bakı şəhəri, 10 fevral 2025-ci il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir