1992 – Malıbəyli və Quşçular qırğını

Tarix

1992-ci il fevralın 11-də erməni faşistləri Malıbəyli və Quşçular kəndlərində etnik mənsubiyyətə görə kütləvi qətllər törədiblər.
Ermənistan-Azərbaycan münaqişəsi XX əsrin ən faciəli münaqişələrindən biri kimi tarixə düşüb və onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir edib.

1980-ci illərin sonlarından etibarən Moskvanın mənəvi xristian dəstəyi ilə Ermənistan Respublikası (Qərbi Azərbaycan) tarixi Azərbaycan torpaqlarına açıq şəkildə ərazi iddiaları irəli sürməyə başladı, etnik təxribatlar və terror aktları ilə başlayan bu münaqişə Azərbaycana qarşı hərbi hücuma çevrildi.

Erməni millətçi dairələri, Sovet İttifaqı rəhbərləri, erməni diasporunun pulları ilə aldıqları ABŞ və Avropa siyasətçiləri SSRİ mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQR) Ermənistan SSR-ə birləşdirilməsi istiqamətində addımlar atdılar.

Erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində minlərlə soydaşımız qətlə yetirilib, yüz minlərlə insan öz doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qalıb. 1990-cı illərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan türklərinə qarşı törətdiyi qanlı cinayətlərdən biri də Malıbəyli və Quşçular kəndlərində törədilən qətliam olub.1992-ci il fevralın 11-də Qarabağ müharibəsinin ən qızğın dövründə Ermənistana bağlı qeyri-qanuni silahlı dəstələr Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yukarı Quşçular kəndlərinə basqın edərək xeyli sayda dinc əhalini qətlə yetiriblər.

Erməni faşist silahlı dəstələrinin basqınları nəticəsində Malıbəyli, Aşağı Quşçular və Yukarı Quşçular kəndlərində çoxlu sayda dinc əhali, qocalar, qadınlar və uşaqlar etnik mənsubiyyətlərinə görə soyqırıma məruz qalmışlar.Şuşa rayonunda Azərbaycan türklərinin məskunlaşdığı Malıbəyli və Quşçular kəndləri rayonun inzibati mərkəzi Şuşa şəhərinə yaxın yaylada dağlıq ərazidə yerləşirdi. Kəndlərdə 4 minə yaxın insan yaşayırdı.

1988-ci ildə bu kəndlərdə Ermənistanda faşistlər tərəfindən etnik təmizləmə və qırğınlara məruz qalan 1500-ə yaxın daxili mühacir var idi. Qarabağ müharibəsinin başlaması ilə bu kəndlər Ermənistan silahlı qüvvələrinin əsas hədəfinə çevrilib.Qarabağ müharibəsi başlayandan erməni quldur dəstələrinin davamlı hücumlarına məruz qalan Malıbəyli və Quşçular kəndlərinin əhalisi mühasirədə qalmasına baxmayaraq, düşmənə layiqli cavab verdi.Hər tərəfdən erməni kəndləri ilə əhatə olunmuş bu kəndlərdə vertolyot yeganə əlaqə vasitəsi idi. 1991-ci il yanvarın 28-də Ermənistan silahlı qüvvələri Ağdamdan Şuşaya uçan helikopteri vurduqdan sonra Malıbəyli və Quşçular kəndlərinin ətraf rayonlarla əlaqəsi tamamilə kəsilib.

Günlərlə davam edən blokada və hücumlardan sonra fevralın 9-da erməni faşist silahlı birləşmələri Hankəndi şəhərində dislokasiya olunmuş Rusiya Federasiyasının 366-cı alayının silah və texnikasından istifadə etməklə Malıbəyli və Quşçular kəndlərinə genişmiqyaslı hücuma keçib. Bu hücumda erməni faşistləri ilə yanaşı rus əsgərləri də iştirak edirdi.

1992-ci il fevralın 11-də 3 günlük qeyri-bərabər döyüşlərdən sonra hər iki kənd işğal olunub. Evlər yandırılıb, məktəblər, uşaq bağçaları, xəstəxanalar, inzibati binalar, mədəniyyət abidələri, kənd təsərrüfatı obyektləri dağıdılıb. İşğal nəticəsində 50-yə yaxın insan həyatını itirib, çoxlu sayda mülki şəxs əsir götürülüb, yüzlərlə insan yaralanıb.Malıbəyli və Quşçular kəndləri işğal edildikdən sonra Xocalı yolu erməni terrorçularının üzünə açılıb.

Malıbəyli və Quşçuların ardınca erməni silahlı birləşmələri fevralın 17-də Qaradağlıda, fevralın 26-da isə Xocalıda soyqırım törədiblər..

Xocalı rayonunun Malıbəyli kəndi yenidən qurulur.
Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-da həyata keçirdiyi lokal antiterror əməliyyatından sonra Azərbaycanın nəzarətinə keçən Malıbəyli kəndində təbii qaz, işıq və su xətləri çəkilir, infrastruktur yaradılır. Plana uyğun olaraq kənddə evlər tikilir və sakinlərin mərhələli şəkildə kəndə köçməsi nəzərdə tutulur.Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-da həyata keçirdiyi lokal antiterror əməliyyatından sonra Azərbaycanın nəzarətinə keçən Malıbəyli kəndində təbii qaz, işıq və su xətləri çəkilir, infrastruktur yaradılır. Plana uyğun olaraq kənddə evlər tikilir və sakinlərin mərhələli şəkildə kəndə köçməsi nəzərdə tutulur.
Azərbaycan tərəfinin məlumatına görə, Qarabağın 30 illik işğalı başa çatdıqdan sonra Ermənistanın təcavüzkar müharibəsi nəticəsində 12 şəhər, 18 qəsəbə və 895 kənd işğal olunub. Azərbaycan dövlətinə və onun vətəndaşlarına 19 milyard manatdan çox ziyan dəyib.

 MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir