İntensiv yağış və qar yağacaq, temperatur aşağı düşəcək

ölkə

Bakıda və Abşeron yarımadasında fevralın 14-də arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözl

Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Bildirilib ki, fevralın 13-ü gecə və səhər əsasən şərq rayonlarında, 14-dən 15-i səhərədək isə əksər rayonlarda arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Dağlıq-Şirvan, Lənkəran-Astara, Mərkəzi Aran bölgəsində intensivləşəcəyi ehtimalı var.

Ölkə ərazisində havanın temperaturu 4 dərəcəyədək enəcək.

Gözlənilən hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, dağlıq rayonlarda isə yolların buz bağlayacağı ehtimal olunur.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir