𝗦̧ə𝗺𝗸𝗶𝗿𝗱ə 𝗦𝗛𝗫𝗖̧ 𝘂̈𝘇𝗿ə 𝗗𝗼̈𝘃𝗹ə𝘁 𝗫𝗶𝗱𝗺ə𝘁𝗶 𝗶𝘀̧𝗰̧𝗶𝗹ə𝗿𝗶𝗻𝗶𝗻 𝗽𝗲𝘀̧ə 𝗯𝗮𝘆𝗿𝗮𝗺ı 𝗾𝗲𝘆𝗱 𝗲𝗱𝗶𝗹𝐝𝐢
Şəmkir rayonunda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 13-cü ildönümü qeyd edildi.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.
Dövlət Xidmətinin rəhbərliyini, xidmətin bütün şəxsi heyətini təbrik edərək,
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradıldığı gündən gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, çağırışçıların həqiqi xidmətə yola salınması və səfərbərlik hazırlığı təlimlərində Rayon İcra Hakimiyyəti ilə sıx əməkdaşlıq etdiyini bildirdik.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyətinə dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmağı və üzərlərinə düşən məsul, şərəfli işdə uğurlar arzuladıq.