Xannənə Ağayeva Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Abşeron rayonu üzrə gənclər və idman sektorunun müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Xannənə Ağayeva Neftçala rayonu Bankə qəsəbəsində anadan olub, o, bu təyinata qədər Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi vəzifəsində çalışırdı.
MUASİRMEDİA.AZ
Yaqub Mehdioğlu.