Bakının Baş Planına əsasən, paytaxtın ekoloji və şəhərsalma baxımından modernləşdirilməsini hədəfləyən “Hibrid Yaşıl Koridor” layihəsinə başlanılıb.
Bu layihənin məqsədi Gənclik meydanı, “Dədə Qorqud” parkı və Milli Park arasında ekoloji tarazlığı qorumaqla yanaşı, şəhər mühitini daha müasir və rahat yaşanacaq məkana çevirməkdir.
Bu təşəbbüs həm də Bakının ekoloji durumuna müsbət təsir edəcək, şəhərin estetik görünüşünə yeni çalarlar qatacaq. Hazırda layihənin icra olunacağı bəzi ərazilər baxımsız və istifadəsiz vəziyyətdədir. Lakin layihənin həyata keçirilməsi ilə bu sahələr modern şəhər standartlarına uyğun olaraq abadlaşdırılacaq, ekoloji və sosial baxımdan əhəmiyyətli məkana çevriləcək.
MUASİRMEDİA.AZ