Qubadlıda hamının yaxşı tanıdığı canlı əfsanəmiz Mayıl komutanın arxivindən tarixi bir foto

Tarix
Qubadlıda hamının yaxşı tanıdığı canlı əfsanəmiz Mayıl komutanın arxivindən tarixi bir foto.
1992-ci il 12 dekabr, Yuxarı Cibiklinin erməni və ruslardan təmizlənməsindən sonrakı vaxt. Fotoda Mayıl bəy və bəndəniz. Mayıl bəyə Allah can sağlığı versin.Bəndəniz də əsgərlərə təbrik,təşəkür və mükafatları təqdim edərkən.Yuxarı Cibikli bir sutka erməni-rus birləşməsinin işğalında qalmışdı,bir sutkadan sonra kəndimizi azad etdik. Kənd işğaldan azad olarkən, polisdənBashir Qubadli alnından güllə yarası aldı, rəhmətlik polis rəisi Evaris Paşayev və mən yüngülcə yaralandıq.
Kənd işğal olanda, şəhid olan bölük komandiri Həsən Qorxmaza və əsgərlərimiz Tərlana, Rafaelə Allah rəhmət eləsin !
MUASİRMEDİA.AZ
QAZİ AYDIN ŞÜKÜROV QUBADLI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir