Dəyərli xanım ziyalılarımızdan olan, görkəmli ədəbiyyatşünas alim, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru, dosent PƏRVANƏ xanım İSAYEVAnın vaxtsız vəfatından kədərləndiyimizi bildirir, ailə üzvlərinə, doğmalarına, yaxınlarına, iş yoldaşlarına, həmkarlarına, bir sözlə, bütün PƏRVANƏSEVƏRLƏRə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!..
Qeyd edək ki, Pərvanə Bəkir qızı İsayeva 1969-cu il iyun ayının 11-i anadan olub. Əslən Laçın rayonunun Cağazur kəndindəndir. Müxtəlif illərdə ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olub, AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının Humanitar və ictimai elmlər şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
Ali Attestasiya Komissiyasının Ekspert şurasının üzvü olub.
Bir çox elmi monoqrafiya, kitab və məqalələrin müəllifidir.
Ailəli idi və bir övladı var.
MUASIRMEDIA.AZ